Türkiyədə törədilən partlayış nəticəsində 5 nəfər yaralanıb

Türkiyədə törədilən partlayış nəticəsində 5 nəfər yaralanıb
# 30 may 2016 00:45 (UTC +04:00)

Bakı-APA. Diyarbəkir vilayətinin Qulp rayonunda yerləşən jandarmeriya postu yaxınlığında minalanmış avtomobilin partlaması nəticəsində 5 təhlükəsizlik qüvvələri əməkdaşı yaralanıb.


APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl PKK terrorçuları ehtimal edilən şəxslər avtomat silahlardan jandarmeriya postunu atəşə tutublar.


Hücum edənlərdən biri yaxalanıb, digərlərinin axtarışı və zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır.


Hadisə nəticəsində yaralananlar xəstəxanaya çatdırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR