Milli Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji materiallar təhvil verilib

Milli Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji materiallar təhvil verilib
# 17 mart 2015 09:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu günlərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinə coğrafiya üzrə elmlər doktoru Rəna Qaşqay tərəfindən yeni arxeoloji materiallar təhvil verilib.

AMEA-dan APA-ya verilən xəbərə görə, arxeoloji tapıntılar 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yerləşən İkinci Plovdağ nekropolunda aparılan qazıntılar zamanı aşkar edilib.

Ümumi sayı 57 ədəd olan qədim əşyalar - tunc asmalar, sancaqlar, üzüklər, piləkşəkilli bəzəklər, dəvəgözü ox ucluqları və onların fraqmentlərindən, əqiq, pasta, şüşə, gil, tunc və s. materiallardan hazırlanmış müxtəlif formalı muncuq düzümlərindən ibarətdir. Yalnız əqiq muncuq düzümündən ibarət bir əşya 1980-ci ildə həmin rayonun Mərdangölü nekropolundan tapılıb. Təqdim olunan bütün əşyalar e.ə. II minilliyin sonuna aid olub, bu dövr sakinlərinin həyat tərzini, məişətini və məşğuliyyətini öyrənmək üçün qiymətli əşyavi mənbə rolunu oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR