Azərbaycanda ər həyat yoldaşını bıçaqlayıb

Azərbaycanda ər həyat yoldaşını bıçaqlayıb
# 08 avqust 2014 10:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda ər həyat yoldaşını bıçaqlayıb.

Şabran rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Gülməli kəndində qeydə alınıb. Kənd sakini Xubnaz İlyasovanın evində kürəkəni Kamran Qarayev ailə-məişət münaqişəsi zəminində arvadı Leylaya bıçaq xəsarəti yetirib.

Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K. Qarayayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR