Ermənistanda həbs olunan general azadlığa buraxılıb

Ermənistanda həbs olunan general azadlığa buraxılıb
# 29 iyun 2016 10:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistanda general-mayor Mels Çilinqaryan barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan general səhhətində yaranmış problemlə əlaqədar azadlığa buraxılıb.

Aprel döyüşlərindən sonra Ermənistanda bir qrup hərbçi kimi Silahlı Qüvvələrin Silahlanma İdarəsinin rəisi Mels Çilinqaryan da vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunaraq iyunun 3-də həbs olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR