Azərbaycanlı aktyorlar Rusiyanın Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcəklər

Azərbaycanlı aktyorlar Rusiyanın Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcəklər
# 13 aprel 2015 12:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İyunun 2-dən 28-dək Rusiya Teatr Xadimləri İttifaqının IX Beynəlxalq Yay Teatr Məktəbi keçiriləcək. Məktəbin təşkilat komitəsindən APA-ya verilən məlumata görə, Teatr Xadimləri İttifaqının IX Beynəlxalq Yay Teatr Məktəbində iştirak etmək üçün dəvət olunmuş dünyanın 20 ölkəsindən 85 gənc sənətçinin sırasında Gənc Tamaşaçılar Teatrının əməkdaşları Eşqin Quliyev və Günel Məmmədova, o cümlədən Azərbaycan Dövlət Gənclər Teatrı və “İbrus” teatrı da var.

Layihənin təlim proqramında gündəlik təcrübə ilə bərabər tanınmış teatr xadimlərinin ustad dərsləri də təşkil olunacaq. Ustad dərsləri Vyaçeslav Poluçin, Sergey Jenovaç, Lev Dodin, Boris Konstantinov və başqalarının rəhbərliyi ilə təşkil olunacaq.

İndiyədək layihədə dünyanın 40-dan artıq ölkəsindən 800-dək sənətçi təlim keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR