Gəncə sakini bıçaqlanıb

Gəncə sakini bıçaqlanıb
# 06 may 2015 06:44 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə mayın 6-da saat 02.00 radələrində qeydə alınıb. Şəhərin DOS 6 adlanan ərazisində yaşayan Ramin Sadıqov qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən R. Sadıqovun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin kim tərəfindən və hansı zəmində törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR