Bakıda mağazadan oğurluq edilib

Bakıda mağazadan oğurluq edilib
# 21 sentyabr 2015 07:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 6-cı Polis Bölməsi və Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini German Babayevə məxsus mağazadan jalüzü sındırmaq yolu ilə spirtli içkilər, tütün məmulatları, danışıq kartları və mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Bədirxan Xasanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR