Paşha Bank
Bank Of Baku

“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 11 iyun 2019 11:52 (UTC +04:00)

Təhsil Nazirliyində “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, “Ədəbiyyat biliciləri” müsabiqəsi 4 ildir ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında keçirilir.

Onun sözlərinə görə, “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub: "Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 5500 şagird rayon-şəhər mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon-şəhər mərhələsi fevral ayında yekunlaşıb və mart ayında keçirilən ölkə mərhələsində 125 şagird iştirak edib .

Bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndirilib".

Nazir müavini qeyd edib ki, müsabiqənin nəticələrinə görə, 6 nəfər I, 10 nəfər II, 16 nəfər III dərəcəli diploma, 20 nəfər tərifnaməyə layiq görülüb.

Tədbirin sonunda qaliblərə, diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyə və kitablar təqdim olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR