DGK sədri Gədəbəydə vətəndaşları qəbul edəcək

DGK sədri Gədəbəydə vətəndaşları qəbul edəcək
# 17 iyun 2016 09:09 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyunun 23-də saat 10:30-da Gədəbəy şəhərində rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında (Heydər Əliyev prospekti 2) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 22-si saat 10:30-dək "195" Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs - Səbinə Məmmədova, əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: ((022) 315-01-54) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR