Bakıda valideynlərə qız əvəzinə oğlan uşağının meyiti verilib - VİDEO

Bakıda valideynlərə qız əvəzinə oğlan uşağının meyiti verilib - <span style="color: red;">VİDEO
# 29 oktyabr 2015 18:59 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Əsədli kəndində yaşayan Əfsanə Əliyeva 13 oktyabrda Sabirabad Rayon Perenatal Mərkəzində qız uşağı dünyaya gətirib. Uşaqda oksigen çatışmazlığı problemi olduğundan o, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna göndərilib. Lakin xəstəxanada körpənin öldüyünü bildirib, meyiti valideynlərə təhvil veriblər. Rayona aparılan körpənin dəfn mərasimində onun qız yox, oğlan uşağı olduğu məlum olub. Ailə dəfindən imtina edərək polisə müraciət edib.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan bunu "texniki səhv" adlandırıblar və meyitin Salyandan olan oğlan uşağının cəsədi ilə səhv düşdüyünü bildiriblər. Meyitlərin dəyişdirilməsi Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR