Stoltenberq: “Rusiya NATO üçün təhlükə törətmir”

Stoltenberq: “Rusiya NATO üçün təhlükə törətmir”
# 01 iyun 2016 12:17 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Rusiya NATO üçün təhlükə törətmir, bununla belə alyans hibrid və informasiya müharibəsinə hazırdır”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq Polşa televiziyasına açıqlamasında bildirib.

“Yeni vəziyyətə uyğunlaşmağımız, “soyuq müharibə”dən sonra ilk dəfə kollektiv müdafiəni gücləndirməyimizin səbəbi Rusiyanın son illərdəki davranışlarıdır. Eyni zamanda, biz Rusiya tərəfinə qarşıdurma istəmədiyimiz, yeni “soyuq müharibə” axtarışında olmamağımızla bağlı aydın mesaj göndəririk. Biz yeni silahlanma yarışından qaçmaq istəyirik. Rusiya ilə konstruktiv dialoqun aparılması istiqamətində əlimizdən gələn hər şeyi edəcəyik”, - deyə o vurğulayıb.

Bununla yanaşı, NATO baş katibi müttəfiqlərini istənilən təhdiddən qorumağa hazır olduğunu bildirib: “Biz dünyanın ən güclü hərbi alyansıyıq, effektiv müdafiə metodlarımız var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR