Mayda beynəlxalq sığorta müqavilələri üzrə 87 min manatdan çox sığorta haqqı toplanıb

Mayda beynəlxalq sığorta müqavilələri üzrə 87 min manatdan çox sığorta haqqı toplanıb
# 01 iyun 2016 09:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. May ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 733 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, bu müqavilələrdən 680 müqavilə Türkiyə və İrana, 51 müqavilə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, 2 müqavilə isə Moldova və Ukraynaya səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. May ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 87 080 manat təşkil edib.

Yaşıl kart üzrə bağlanılan müqavilələrin 520-si minik, 106-sı yük, 97-si qoşqu, 6-sı avtobus, 4-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR