Yunanıstan bazar ertəsinədək 7,16 mlrd avro əldə edəcək

Yunanıstan bazar ertəsinədək  7,16 mlrd avro əldə edəcək
# 17 iyul 2015 17:33 (UTC +04:00)

Bakı-APA. Aİ Yunanıstana bazar ertəsinədək 7,16 mlrd avro məbləğində maliyyə yardımı ayıracaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının vahid Avropa valyutası üzrə vitse-prezidenti Valdis Dombrovskis bildirib.

“Bizim əlimizdə Yunanıstanın ilkin maliyyələşdirilməsi üçün EFSM kreditinə əsaslanan razılaşma var. Bu razılaşma Aİ-nin 28 üzv ölkələri tərəfindən dəstəklənib və Yunanıstanı təcili defoltdan xilas edir. Bu o deməkdir ki, Yunanıstan bazar ertəsinədək 7,16 mlrd avro əldə edəcək”, deyə o qeyd edib.

Bundan başqa Yunanıstan banklarının iyulun 20-dən etibarən fəaliyyətinin bərpa olunacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR