Gəncədə ağır yol qəzası baş verib, 1 ölü, 2 yaralı - VİDEO

Gəncədə ağır yol qəzası baş verib, 1 ölü, 2 yaralı - <span style="color: red;">VİDEO
# 20 oktyabr 2014 22:39 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə qəza, şəhərin Nizami prospektində, Bayraq meydanının yaxınlığında baş verib. Göygöl rayon sakini 26 yaşlı Emil Ələsgərovun idarə etdiyi “Niva” markalı avtomobillə, 22 yaşlı Reyhun Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “Niva”nın sürücüsü Emil Məmmədov, onun anası Həqiqət Ələsgərova və qohumları Nahidə Hüseynova yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Nahidə Hüseynovan xəstəxanada dünyasını dəyişib. Məlumata görə, “Niva”-da olanlar toydan gəlirmişlər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR