Ermənistanda qadın 1 aylıq uşağını satıb

Ermənistanda qadın 1 aylıq uşağını satıb
# 30 may 2016 20:34 (UTC +04:00)

Bakı-APA. Ermənistanda qadın 1 aylıq qızını satıb.

APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, Araqatsotn vilayəti, Aruç kənd sakini 1 aylıq uşağını Ararat vilayətinin Taperakan sakininə 5 min dollara satıb.

Məlumata görə, uşaq aprelin 9-da “Ermənistan” tibb mərkəzində dünyaya göz açıb.

Aruç kənd sakinlərinin bildirdiyinə görə, uşağını satan qadın ağır sosial vəziyyətdə yaşayır, onun 3 övladı var.

Faktla bağlı polis araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR