Ayətullah Xamenei: “İŞİD İranı məhv etmək üçün yaradılıb”

Ayətullah Xamenei: “İŞİD İranı məhv etmək üçün yaradılıb”
# 26 iyun 2016 00:41 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasını yaradanların əsas məqsədi İranı məhv etmək olub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın ali lideri Ayətullah Əli Xamenei bildirib.

“İŞİD terror qruplaşması əsas vəzifəni həyata keçirmək üçün yaradılmışdı: İranı zəbt etmək və məhv etmək. İraq və Şamın (Suriyanın tarixi adı) işğalı bu məqsədə çatmaqda hazırlıq mərhələsi olub. Lakin İranın düşmənləri bu müharibədə məğlub olacaqlar, çünki onlar İranın gücünü lazımınca qiymətləndirmirlər. İran onu dizi üstünə çökdürmək istəyənləri birinci çökdürəcək”, - deyə Xamenei bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR