FHN-də Avstriya DİN-in ekspertləri ilə görüş keçirilib

FHN-də Avstriya DİN-in ekspertləri ilə görüş keçirilib
# 22 iyun 2016 10:37 (UTC +04:00)

Bakı - APA. İyunun 22-də Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycanda səfərdə olan Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin (DİN) ekspertləri ilə görüş keçirilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib, nazirliyin nümayəndə heyətlərinin müxtəlif illərdə Avstriyaya səfərləri, o cümlədən İnsbruk şəhərində keçirilmiş təlimlərdə iştirakını xatırladıb.

O, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrə mühüm töhfə verdiyini vurğulayıb və FHN üçün Avstriyanın müvafiq qurumlarının təcrübəsinin maraqlı olduğunu bildirib.

Avstriya DİN-in xüsusi əməliyyat eksperti, polkovnik Hans Ebner Azərbaycanda olduqları müddətdə yanğından mühafizə, axtarış-xilasetmə üzrə azərbaycanlı həmkarları ilə geniş təcrübə mübadiləsi aparılacağını söyləyib.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı ilə tanış olublar.

Səfər çərçivəsində avstriyalı ekspertlər iyunun 26-dək FHN-in qurumlarında olacaq, həmçinin, FHN Akademiyasında seminar keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR