Küləkli hava davam edəcək

Küləkli hava davam edəcək
# 15 avqust 2016 08:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Avqustun 15-i gün ərzində paytaxtda arabir güclənən şimal-qərb küləyinin üstünlüyü müşahidə olunacaq.

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

G. Məmmədovanın sözlərinə görə, Bakı və Abşeron yarımadasında avqustun 16-ı gecə və səhər saatlarında da arabir güclənən şimal-qərb küləyi əsəcək.

O qeyd edib ki, Azərbaycanın rayonlarında avqustun 15-də qərb küləyi arabir güclənəcək.

Qeyd edək ki, ETSN hava şəratinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR