"Texnikabank" əmanətçilərinə indiyədək 119 mln. manata yaxın kompensasiya ödənilib

"Texnikabank" əmanətçilərinə indiyədək 119 mln. manata yaxın kompensasiya ödənilib
# 17 iyun 2016 16:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Texnikabank” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş agent banklar vasitəsi ilə kompensasiya ödənişi davam etdirilir.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən “Texnikabank”ın sənədləri qaydasında olan qorunan əmanətçilərinə 118 mln. 696 min manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Xatırladaq ki, sığorta hadisəsi baş vermiş “Texnikabank”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb. Kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR