Sergey Narışkin: “İslam dini Rusiya tarixində hər zaman mühüm rol oynayıb”

Sergey Narışkin: “İslam dini Rusiya tarixində hər zaman mühüm rol oynayıb”
# 23 sentyabr 2015 13:09 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Moskvada Mərkəzi Məscidin açılması İslam dünyası üçün önəmli bir hadisədir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bildirib.


Bütün Rusiya müsəlmanlarını məscidin açılışı münasibətilə təbrik edən S. Narışkin əsrlər boyu ölkəsində müxtəlif xalqların mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələri içində yaşadığını söyləyib: "Bu, təkcə Rusiya paytaxtı üçün deyil, bütün İslam dünyası üçün çox önəmli bir hadisədir. Çoxdinli Rusiya cəmiyyəti millətlərarası sülh və sabitlik içində yaşayıb və bu da mədəniyyətimizi zənginləşdirib, dövlətimizi gücləndirib”.


Rusiya parlamentinin aşağı palatasının spikeri İslam dininin Rusiya tarixində hər zaman mühüm rol oynadığını vurğulayıb: "Moskvadakı Mərkəzi Məscidin görkəmli görünüşü də bu önəmli rolu oynayacaq və vətənimizin ortaq qələbələrinin əldə edilməsinə tövfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR