Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda adam bıçaqlayan şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu rayon 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 5-də Ramana qəsəbəsi Bünyatzadə küçəsində yaşayan 1985-ci il təvəllüdlü Murad Alpaşayev mübahisə zəminində 1991-ci il təvəllüdlü Murad Ələkbərova bıçaq xəsarəti yetirməkdə şübhəli bilindiyi üçün saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.