“Shamkir Chess 2016” turnirində Vİ turun oyunları keçirilib

“Shamkir Chess 2016” turnirində Vİ turun oyunları keçirilib
# 01 iyun 2016 21:09 (UTC +04:00)

Bakı-APA. Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, turnirin VI turu növbəti Azərbaycan derbisi ilə əlamətdar olub.

Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun qarşılaşması sülhlə nəticələnib. Digər təmsilçilərimizdən Eltac Səfərli lider Fabiano Karuana, Rauf Məmmədov isə Sergey Karyakinlə ounlarda eyni nəticəni qazanıblar.

ShamkirChess 2016

1 iyun

VI tur

Aniş Qiri (Hollandiya, 2790) - Pavel Elyanov (Ukrayna, 2765) - 0,5:0,5

Hou Yifan (Çin, 2663) – Pentala Harikrişna (Hindistan, 2763) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2655) - Sergey Karyakin (Rusiya, 2779) - 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan, 2726) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - 0,5:0,5

Eltac Səfərli (Azərbaycan, 2664) - Fabiano Karuana (ABŞ, 2804) - 0,5:0,5

Turnir cədvəli: Karuana - 5 xal; Qiri – 4,5 xal; Karyakin – 3,5; Məmmədyarov, Harikrişna – 3; Səfərli, Rəcəbov, Məmmədov - 2,5; Yifan – 2; Elyanov – 1,5.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR