İqtisadiyyat və sənaye naziri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat və sənaye naziri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 08 avqust 2014 15:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycanda Rusiya kapitallı 570 şirkətin fəaliyyət göstərdiyini, Rusiya tərəfindən Azərbaycana yatırılmış investisiyaların həcminin 1,8 mlrd. ABŞ dollarını ötdüyünü bildirib.

Nazir qeyd edib ki, son 10 ildə ölkəmiz Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından çox investisiya qoyub və 2013-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 10,5% artıb. Ş. Mustafayev bildirib ki, Rusiya bazarı Azərbaycan üçün ənənəvi bazardır və ötən il Azərbaycanın qeyri-neft ixracının 32%-i, kənd təsərrüfatı və emalı məhsullarının ixracının isə 30%-dən çoxu bu ölkənin payına düşüb.

Ş. Mustafayev Azərbaycanın qeyri-neft sektorunun, eləcə də kənd təsərrüfatının böyük potensiala malik olduğunu, dövlət dəstəyi tədbirləri nəticəsində qeyri-neft məhsullarının istehsalının ilbəil artdığını qeyd edib və ölkəmizin xarici bazarlara, o cümlədən ənənəvi Rusiya bazarına bu məhsulların, xüsusilə kənd təsərrüfatı və emalı məhsullarının ixracını genişləndirməkdə maraqlı olduğunu bildirib.

V. Doroxin Azərbaycan və Rusiya arasında əməkdaşlığın genişləndiyini vurğulayıb, Rusiya bazarında Azərbaycan mallarına, o cümlədən kənd təsərrüfatı məhsullarına tələbatın əhəmiyyətli olduğunu bildirib.

Səfir Rusiyanın Azərbaycana təyin olunmuş Ticarət Nümayəndəliyinin yeni rəhbəri Eldar Tlyabiçevi təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR