Dərbəndin 2000 illiyi qeyd edilir

Dərbəndin 2000 illiyi qeyd edilir
# 19 sentyabr 2015 09:57 (UTC +04:00)

APA-nın məlumatına görə, Rusiya Federasiyası Dağıstan Respublikasında bununla bağlı mərasim təşkil olunacaq.

 

 

Mərasimə 5 minə yaxın insanın qatılacağı gözlənilir.

 

 

Dağıstan rəhbərliyi bəyan edib ki, yubiley mərasimində Rusiyanın  müxtəlif regionlarından və xaricdən 40 nümayəndə heyəti qatılacaq. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, o cümlədən İranın, Türkiyənin və Tacikistanın və digər ölkələrin Rusiyadakı səfirləri artıq tədbirdə iştiraklarını təsdiq ediblər.

 

 

Gün ərzində şəhərin Azadlıq meydanında ənənəvi festival keçiriləcək. Bayramın ən mühüm hadisəsi “Dərbəndin dulusçuluq dairəsi: Dərbənd qalasından Kremlin darvazasına qədər” 1000 illik musiqili teatr xronikası olacaq. Şouya qala sərhədlərindən kənarda da baxmaq mümkün olacaq. Bunun üçün şəhərin müxtəlif hissələrində LED-ekranlar quraşdırılacaq və birbaşa yayım təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR