SOCAR Novorossiysk limanından xam neftin ixracını dayandırıb

SOCAR Novorossiysk limanından xam neftin ixracını dayandırıb
# 02 noyabr 2015 13:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR tərəfindən bu ilin oktyabr ayında Novorossiysk limanından xam neftin ixracı baş tutmayıb.

APA-Economics”ə istinadən verdiyi məlumata görə, 2014-cü ilin eyni ayında isə Novorossiysk limanından 84 min 769 ton xam neft ötürülüb.

Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 mln. 100 min 446 ton xam neft ixrac edilib. Bu, ötən ilin on ayı ilə müqayisədə 29,87% çoxdur.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR