Qroznıda xüsusi əməliyyat zamanı həlak olan polis əməkdaşlarının sayı 10 nəfərə çatıb - YENİLƏNİB

Qroznıda xüsusi əməliyyat zamanı həlak olan polis əməkdaşlarının sayı 10 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 04 dekabr 2014 09:33 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks” agentliyinə Şimali Qafqaz Federal Dairəsinin güc strukturlarındakı mənbə məlumat verib.

Həmçinin əməliyyat zamanı 20-dək polis əməkdaşının, o cümlədən Çeçenistan xüsusi təyinatlıların komandirinin yaralandığı bildirilir.

*** 12.04

Bakı – APA. Qroznıda keçirilən xüsusi əməliyyat zamanı 7 polis əməkdaşı həlak olub, 18 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə açıqlamasında Çeçenistan Respublikasının hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“Mülki şəxslər arasında zərərçəkən olmayıb”, - deyə mənbə bildirib.

*** 11.38

Bakı – APA. Qroznıda Mətbuat Evinin binasında gizlənən silahlı şəxslər zərərsizləşdirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin yaydığı məlumatda bildirilir.

Məlumata qeyd olunur ki, keçirilən xüsusi əməliyyat çərçivəsində 20 nömrəli şəhər məktəbində gizlənmiş silahlıların zərərsizləşdirilməsi istiqamətində əlavə tədbirlər görülür.

Xatırladaq ki, gecə saatlarında Qroznıda 5 yol polisi əməkdaşı silahlı şəxslər tərəfindən öldürülüb. Polislər şübhəli avtomobili saxlamağa cəhd edərkən avtomobildə olan şəxslər atəş açıblar. Sonra silahlılar Mətbuat Evinin binasında gizləniblər.

Silahlı şəxslərin yaydığı bəyanatdan məlum olur ki, onlara Doku Umarovun “sağ əli” olan Əmir Həmzət rəhbərlik edir. “Biz Əmir Həmzətin göstərişi ilə Cövhər şəhərinə daxil olmuşuq. Hazırda döyüşlər gedir, şəhərə çoxlu sayda mücahid girib. Biz mürtədlərin müsəlman qadınları, bizim bacılarımızı sıxışdırdığına görə qisas alırıq. Bu, intiqam əməliyyatıdır və biz sonadək döyüşəcəyik”, - deyə bəyanatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR