Elmar Məmmədyarov Ukrayna xarici işlər nazirinin birinci müavini ilə görüşüb

Elmar Məmmədyarov Ukrayna xarici işlər nazirinin birinci müavini ilə görüşüb
# 28 aprel 2015 15:17 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Ukrayna xarici işlər nazirinin birinci müavini Nataliya Qalibarenkonu qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkanların olduğu vurğulanıb.

Bu günlərdə Bakıda keçirilən III Qlobal Forumun qlobal və regional məsələlərin müzakirəsi baxımdan vacib platforma rolu oynadığı diqqətə çatdırılıb. Azərbaycanla Ukrayna arasında ikitərəfli və çoxtərəfli əsasda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın olduğu qeyd edilib.

Elmar Məmmədyarov Azərbaycanın öz xarici siyasətində bütün dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipindən çıxış etdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında müzakirələr aparılıb.

Ukrayna xarici işlər nazirinin birinci müavini Nataliya Qalibarenkonunun Azərbaycana səfəri çərçivəsində xarici işlər nazirlərinin müavinləri səviyyəsində ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR