Bakıda ikisi azyaşlı olmaqla 3 nəfərin ölümünə səbəb olan yol qəzası törədən şəxsə hökm oxunub

Bakıda ikisi azyaşlı olmaqla 3 nəfərin ölümünə səbəb olan yol qəzası törədən şəxsə hökm oxunub
# 21 noyabr 2014 10:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Pərviz Heydərovun cinayət işi məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, P. Heydərov 8 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Hövsan-Zığ yolunda Pərviz Heydərov idarə etdiyi “İSUZU” markalı maşınla 25 yaşlı Pünhan Ağayevin idarə etdiyi “VAZ 2106” markalı maşın toqquşub. Nəticədə Pünhan Ağayev və maşınında olan sərnişinlər - 13 yaşlı Şahnaz Əhmədova və 10 yaşlı Elmar Əhmədov ölüb.

Uşaqların anası, 36 yaşlı Könül Əhmədova və “İSUZU” markalı avtomobilin sürücüsü Pərviz Heydərov isə müxtəlif bədən xəsarətləri alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR