Bank Of Baku

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 08 oktyabr 2026 11:52 (UTC +04:00)

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub.

APA-nın Türkmənistana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR