Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış şəxs xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış şəxs xilas olunub
# 05 noyabr 2014 22:30 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda mənzildə bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısını açaraq zərərçəkmişi aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:31-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR