Dövlət Toxum Fondu təbii fəlakət baş verən bölgələrdə toxuma olan ehtiyacı təmin edəcək

Dövlət Toxum Fondu təbii fəlakət baş verən bölgələrdə toxuma olan ehtiyacı təmin edəcək
# 03 noyabr 2015 14:52 (UTC +04:00)

APA-nın məlumatına görə, bu, Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə təsdiq edilən və bu həftədən qüvvəyə minən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu haqqında Əsasnamədə əksini tapıb.

Dövlət Toxum Fondunun digər fəaliyyət istiqamətlərinə Fonda toxumun tədarükünü, saxlanmasını, yenilənməsini və istifadəsini təmin etmək, toxumçuluq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, kənd təsərrüfatı məhsulları istehsalçılarının yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz olunması ilə bağlı tədbirlər görmək və daxili bazarda toxum çatışmazlığının, habelə toxumun qiymət artımının qarşısının alınmasında iştirak etmək daxildir.

Əsasnamə ilə Dövlət Taxıl Fondunun hüquqi statusu da müəyyənləşib. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu idarə statusuna malik qurumdur. Fondun strukturu, ştat vahidlərinin sayı və xərc smetası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilir. Fonda Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Fondun sədri Fonda həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır. Fondun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

Qeyd edək ki, Dövlət Toxum Fondu Azərbaycan prezidenti İlham Əliyevin “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2 mart 2015 tarixli sərəncamı ilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR