Rusiyada yaşayış binasında yanğın zamanı 3 nəfər ölüb

Rusiyada yaşayış binasında yanğın zamanı 3 nəfər ölüb
# 03 yanvar 2020 05:14 (UTC +04:00)

Rusiyanın Həştərxan vilayətində yaşayış binasında yanğın baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə yerində 3 nəfərin yanmış meyiti aşkarlanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin nümayəndəsi jurnalistlərə bildirib ki, yanğın şəhərin Sovetskaya, 22 ünvanında qeydə alınıb.

Yanğın binanın 800 kvadratmetr sahəsini əhatə edib. Səkkiz nəfər təxliyə edilib

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR