Ötən il Azərbaycan qaz hasilatını 1%-dən çox artırıb

Ötən il Azərbaycan qaz hasilatını 1%-dən çox artırıb
# 18 yanvar 2017 10:05 (UTC +04:00)

Ötən ilin dekabr ayında SOCAR tərəfindən 539,9 min kubmetr qaz hasil edilib ki, bu da 2015-ci ilin analoji ayı ilə müqayisədə 1,48% az, ötən ilin noyabr ayı ilə müqayisədə isə 4,63% çoxdur.

"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, ötən il ərzində şirkət tərəfindən həyata keçirilən təbii qaz hasilatı 6 mln. 266,7 min kubmetrə bərabər olub ki, bu da 2015-ci il ilə müqayisədə 8,8% azdır.

Ötən ilin dekabr ayında bütün ölkə üzrə 2 mln. 445,2 min kubmetr qaz hasil edilib ki, bu da 2015-ci ilin eyni ayı ilə müqayisədə 0,64 az, ötən ilin noyabr ayı ilə müqayisədə isə 7,11% çoxdur.

Ötən il Azərbaycanda 29 mln. 367,1 min kubmetr təbii qaz hasil olunub ki, bu da 2015-ci ilin 12 ayı ilə müqayisədə 1,35% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR