Şəki sakinini ilan sancıb

Şəki sakinini ilan sancıb
# 19 sentyabr 2017 07:12 (UTC +04:00)

Şəki rayon sakinini ilan sancıb.

Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 18-də saat 22.00 radələrində rayonun Cuma kənd sakini, 1990-cı il təvəllüdlü Novruz Nemət oğlu Aslanov ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub. Məlum olub ki, 27 yaşlı Novruz Aslanovu yaşadığı kənddə yolla gedərkən ilan onun sağ ayağının topuq nahiyəsindən sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Novruz Aslanova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Novruz Aslanovun vəziyyətinin orta-stabil olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR