Topaz Premyer Liqasında turun rəmzi komandası açıqlanıb

Topaz Premyer Liqasında turun rəmzi komandası açıqlanıb
# 27 fevral 2019 11:10 (UTC +04:00)

Topaz Premyer Liqasının XVIII turunun rəmzi komandası açıqlanıb. ONA-nın məlumatına görə, “İnstat” şirkətinin təhlilinə əsasən müəyyənləşən “11-lik”də 5 klubun oyunçuları yer alıblar.
Rəmzi komandada “Zirə” daha çox – 4 futbolçu ilə təmsil olunub. “11-liy”ə “Qarabağ”ın üç, “Qəbələ”nin iki oyunçusu düşüb. “Neftçi” və “Keşlə”nin isə bir üzvü komandaya daxil edilib.

Qapıçı: Kamran Ağayev (“Keşlə”)-2
Müdafiəçilər: Ansi Aqolli (“Qarabağ”)-3, Adrian Skarlatake (“Zirə”), Bəxtiyar Həsənalızadə (“Zirə”), Amin Seydiyev (“Qəbələ”)
Yarımmüdafiəçilər: Mfo Kqasvane (“Zirə”), Dilan Duventru (“Zirə”), Riçard Almeyda (“Qarabağ”)-3, Dani Kintana (“Qarabağ”)-4
Hücumçular: Canluka Sansone (“Neftçi”)-2, Ceyms Adeniyi (“Qəbələ”)-5
Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR