Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclası keçiriləcək

Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclası keçiriləcək
# 26 dekabr 2016 10:09 (UTC +04:00)

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 26-29-da Azərbaycana səfərə gələcək.

Azərbaycanın İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının XI iclası, Azərbaycan-İran biznes forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

İran nümayəndə heyəti səfər zamanı həmçinin, Naxçıvana gedəcək, rəsmi görüşlərdə və bir sıra tədbirlərdə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR