ETSN Bakıda qəsdən qurudulmasına cəhd göstərilən yaşıllığı himayəsinə götürüb

ETSN Bakıda qəsdən qurudulmasına cəhd göstərilən yaşıllığı himayəsinə götürüb
# 24 iyul 2018 15:38 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Yasamal rayonu Şərifzadə küçəsi 130A ünvanında mənşəyi məlum olmayan maddə ilə qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsi himayəyə götürülüb.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlik tərəfindən yaşıllıq sahəsinə münbit torpaq və gübrə gətirilib, 21 ağacın qurumasının qarşısının alınması üçün ağaclara aqrotexniki qulluq göstərilib.

Xatırladaq ki, iyulun 23-də Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanındakı yaşıllıq ərazidə ağacların dibinə mənşəyi məlum olmayan maddə tökülüb.

Faktla bağlı cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR