Şəkidə ev, Ağstafada sex yanıb

Şəkidə ev, Ağstafada sex yanıb
# 09 noyabr 2016 03:18 (UTC +04:00)

Şəkidə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin tavanı 1 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa Ağstafa rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 m2 olan bitum sexində elevatorun mühərriki və 9 m2 sahəyə dağılmış bitum yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR