Gürcüstanın iqtisadiyyat naziri: “BTQ-nin gələcəkdə 15 milyon tona qədər yük daşımaq gücü olacaq”

Gürcüstanın iqtisadiyyat naziri: “BTQ-nin gələcəkdə 15 milyon tona qədər yük daşımaq gücü olacaq”
# 28 noyabr 2017 08:20 (UTC +04:00)

“Üç ölkəni birləşdirən Bakı-Tbilisi-Qars İpək yolunun bir hissəsidir”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib.

Onun sözlərinə görə, nəqliyyat dəhlizinin birinci mərhələdə yük daşıma gücü 5 milyon ton təşkil edəcək: “Gələcəkdə isə bu gücün 15 milyon tona qədər artırılması mümkün olacaq.”

Nazir Tbilisidə keçirilən beynəlxalq “İpək yolu” forumunun əhəmiyyətini də qeyd edib: “Bu forum Gürcüstanda həyata keçirilən infrastruktur və digər layihələrə əlavə investisiyaların cəlb olunması baxımından olduqca əhəmiyyətlidir.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR