"Azər Türk Bank" ilə "ASAN Xidmət"in birgə təlimlərinin ikinci mərhələsi başlayıb

"Azər Türk Bank" ilə "ASAN Xidmət"in birgə təlimlərinin ikinci mərhələsi başlayıb
# 06 dekabr 2016 13:38 (UTC +04:00)

"Azər Türk Bank" və "ASAN Xidmət"in birgə təşkilatçılığı ilə "ASAN Könüllüləri" təşkilatının üzvləri üçün 1 aylıq təlimlərin ikinci mərhələsinə start verilib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, layihənin həyata keçirilməsində məqsəd "ASAN Könüllüləri" təşkilatının iqtisadiyyat və maliyyə üzrə təhsil almış üzvlərinin ixtisasları üzrə praktik biliklərinin genişləndirilməsinə, onların fərdi və peşəkar inkişafına dəstək olmaqdır. Layihə çərçivəsində təşkil olunan təlimlər zamanı "Azər Türk Bank"ın əməkdaşları könüllülərin iqtisadiyyat, maliyyə, marketinq, satış texnikləri, PR və bank sektoru ilə bağlı biliklərinin artırılmasına kömək göstərir, onları maraqlandıran sualları cavablandırırlar. Layihənin iştirakçısı olmuş könüllülərin təlimlərdə əldə etdikləri bilik və bacarıqlar onların şəxsi inkişafını təmin edəcək, gələcək fəaliyyətləri üçün stimul yaradacaq. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Həmçinin təlimlərdə uğurlu nəticə göstərən könüllülər "Azər Türk Bank"da təcrübə keçmək imkanı qazanacaqlar. Bu da onların gələcək karyeraları üçün mühüm əhəmiyyət kəsb edir. Təlimlərin müntəzəm şəkildə təşkil olunması nəzərdə tutulub. Qeyd edək ki, "Azər Türk Bank" korporativ sosial məsuliyyət fəaliyyətinə uyğun olaraq mütəmadi şəkildə bu kimi layihələr həyata keçirir.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş "Azər Türk Bank" ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli məlumat mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR