Azərbaycanda təbii qazın hasilatı 8% azalıb

Azərbaycanda təbii qazın hasilatı 8% azalıb
# 13 oktyabr 2017 15:48 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,9 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 5,7% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 28,8 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 13,5 mlrd. kubmetr təşkil edib.

Bu ilin 9 ayı ərzində ölkədə 28 792,8 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2016-cı ilin yanvar-sentyabr aylarına nisbətən 8% azdır. Nəticədə bu ilin oktyabrın 1-nə 448,4 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 28 755,4 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 8% azdır.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 21 091 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2016-cı ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 5,3 azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR