Şəkidə minik avtomobili yanıb

Şəkidə minik avtomobili yanıb
# 09 yanvar 2020 10:12 (UTC +04:00)

Şəkidə minik avtomobili yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Göynük kənd ərazisində qeydə alınıb. Kənd sakini Mahmud Nəzir oğlu Mahmudovun idarə etdiyi “Opel” markalı, 99 BZ 356 dövlət nömrə nişanlı minik avtomobili qəfildən alışıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR