Türkmənistan XİN rəhbəri: “Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək niyyətindəyik”

Türkmənistan XİN rəhbəri: “Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək niyyətindəyik”
# 19 iyul 2017 11:22 (UTC +04:00)

“Biz iqtisadi, siyasi və energetika sahələrində münasibətləri genişləndirmək niyyətindəyik”.

APA-nın məlumatına görə, bunu Türkmənistan xarici işlər naziri Rəşid Meredov Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər Türkmənistanda keçiriləcək sammitlə bağlı hazırlıq işlərini müzakirə edib. Nazir bildirib ki, bu il ölkələr diplomatik münasibətlərin 25 illiyini qeyd edir və onlar bu münasibətlərin inkişaf etdirilməsində israrlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR