Göyçay, Ağdaş, Mingəçevir və Qəbələdə səsvermə prosesinə start verilib

Göyçay, Ağdaş, Mingəçevir və Qəbələdə səsvermə prosesinə start verilib
# 11 aprel 2018 07:11 (UTC +04:00)

Aprelin 11-də Mingəçevir şəhərində, Göyçay, Ağdaş və Qəbələ rayonlarında səsvermə prosesi başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, həmin şəhər və rayonlarda fəaliyyət göstərən seçki məntəqələri səhər saat 08:00-da açılıb. Seçki məntəqələri zəruri texniki vasitələrlə, o cümlədən mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz edilib.

Bölgə üzrə 5 seçki dairəsinin 49 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatlarını təmsil edən yerli, habelə nüfuzlu beynəlxalq təşkilatlardan olan çoxlu sayda beynəlxalq müşahidəçi izləyir. Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gələrək səsvermədə iştirak edə bilməyən vətəndaşların yaşadığı evə daşınan seçki qutuları aparılır və onların seçkidə iştirakı təmin edilir.

88 saylı Göyçay dairə seçki komissiyasının sədri Eldəniz Həmidov bildirib ki, seçkilərin gedişini 478 nəfər yerli müşahidəçi izləyir. “Rəy” Monitorinq Mərkəzi tərəfindən 8 seçki məntəqəsində “exit-poll” keçirilir.

89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov bildirib ki, səsvermənin gedişini 369 nəfər yerli müşahidəçi izləyir. Bundan başqa, beynəlxalq müşahidəçilər, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rusiyalı nümayəndəsi Yakmenel Pyotr və ABŞ-dan olan Keyts Barbara seçki məntəqələrində səsvermə prosesini müşahidə edirr. “ELS” Müstəqil Araşdırma Mərkəzi “exit-poll” keçirilir.

90 saylı Ağdaş dairə seçki komissiyasının sədri Nürəddin Babayev bildirib ki, səsvermənin gedişini izləmək üçün 451 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Rayonda yaşı 100-dən yuxarı olan 6 nəfər seçici var. Ağdaşda seçki prosesini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri, almaniyalı Broser Edqard Josef və norveçli Naus Gumhild Amett izləyir.

47 saylı Mingəçevir dairə seçki komissiyasının sədri Oqtay Məmmədov bildirib ki, səsvermənin gedişini 325 nəfər yerli müşahidəçi izləyir. Mingəçevir şəhərindəki seçki məntəqələrində Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəz tərəfindən bir, “ELS” Müstəqil Araşdırma Mərkəzi tərəfindən 3 seçki məntəqəsində “exit-poll” keçirilir. Şəhərdə seçki prosesini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri Baskin Aleksandr, Vinnurov İrek, Smetanikov Sergey izləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR