Xeyli miqdarda siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

Xeyli miqdarda siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb
# 11 aprel 2017 09:52 (UTC +04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan tütün məmulatının gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, idarəyə daxil olan əməliyyat məlumatı əsasında, Daşkənd-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı nəzarətə götürülüb. Həmin şəxs Heydər Əliyev Beynəlxalq Hava Limanının dayanacağında Daşkənd-Bakı aviareysi ilə gələn digər sərnişinlərdən malları qəbul edərkən saxlanılıb. Malların yoxlanılması zamanı vətəndaşa məxsus üç ədəd paketdə gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan cəmi 3800 ədəd "Kent Micro HD Taste System", "Kent HD Taste System" və "Kent Nanotek 2.0" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR