DGK ötən ay büdcəyə 215 mln. manata yaxın köçürüb

DGK ötən ay büdcəyə 215 mln. manata yaxın köçürüb
# 06 dekabr 2017 09:10 (UTC +04:00)

Bu ilin noyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 214 mln. 750,1 min manat təşkil edib.

"APA-Economics" qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2016-cı ilin noyabr ayı ilə müqayisədə daxilolmalar 4 mln. 866,2 min manat və ya 2,22%, cari ilin oktyabr ayı ilə müqayisədə isə 2 mln. 264,3 min manat və ya 1,04% azdır.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 61 mln. 392,7 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 142 mln. 592,3 min manat, aksizlər üzrə 7 mln. 889,7 min manat, yol vergisi üzrə isə 2 mln. 875,4 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR