Komitə: Yanvar-martda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10% artıb

Komitə: Yanvar-martda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10% artıb
# 11 aprel 2017 09:10 (UTC +04:00)

2017-ci ilin yanvar-mart aylarında ötən ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,3%, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,2% artıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6% azalıb.

Ay ərzində bitkiçilik məhsullarından arpanın, buğdanın, almanın, fındığın istehsalçı qiymətində azalma, şabalıdın, qozun, narın, lobya dəninin, balqabağın və baş sarımsağın qiymətində artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mart ayında heyvandarlıq məhsullarından südün, mal, qoyun və quş ətinin istehsalçı qiyməti artıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR