Azərbaycanda Müdafiə Nazirliyi və Daxili Qoşunların fəaliyyəti ilə bağlı ayrıca qanunlar hazırlanır

Azərbaycanda Müdafiə Nazirliyi və Daxili Qoşunların fəaliyyəti ilə bağlı ayrıca qanunlar hazırlanır
# 23 yanvar 2018 08:23 (UTC +04:00)

Azərbaycanda Müdafiə Nazirliyi və Daxili Qoşunların fəaliyyəti ilə bağlı ayrıca qanun layihələri hazırlanıb.

APA-nın məlumatına görə, bunlar “Daxili Qoşunlar haqqında” və “Azərbaycan Ordusu haqqında" qanun layihələridir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc APA-ya bildirib ki, yeni “Daxili qoşunlar haqqında” qanun layihəsi qüvvəyə mindiyi təqdirdə hazırda qüvvədə olan “Daxili qoşunların statusu haqqında” qanun qüvvədə düşəcək. Yeni qanun layihəsində daxili qoşunların fəaliyyəti yenilənmiş müddəalar ilə tənzimlənəcək.

“Azərbaycan ordusu haqqında” qanun layihəsi isə Müdafiə Nazirliyinin tabeliyində olan birləşmələrin fəaliyyətini tənzimləyəcək. Hər iki qanun layihələrinin üzərində iş gedir, yaxın günlərdə hansı sessiyada müzakirəyə çıxarılması ilə bağlı qərar qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR