"Real" və "Barselona"nın Kral Kubokunda rəqibləri bəlli olub

"Real" və "Barselona"nın Kral Kubokunda rəqibləri bəlli olub
# 31 yanvar 2020 16:50 (UTC +04:00)

İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, bu gün baş tutan püşkatma mərasimindən sonra cütlüklər müəyyənləşib.

Turnirdə yoluna davam edən favoritlərdən "Real" "Real Sosyedad"a, "Barselona" isə "Atletik"ə rəqib olub. "Kral klubu" bu mərhələnin matçını evdə, kataloniyalılar səfərdə keçirəcəklər.

Digər iki cütdə "Valensiya" "Qranada"nın, "Mirandes" isə "Vilyarreal"ın qonağı olacaq.

İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin oyunları 4-6 mart aralığında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR