Şəmkirdə qəzada xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Şəmkirdə qəzada xəsarət alan şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 09 fevral 2018 20:12 (UTC +04:00)

Şəmkirdə baş verən yol qəzası nəticəsində xəsarət alan sürücünün kimliyi məlum olub.

APA-nın qərb bürosunun məlumatına görə, bu 1981-ci il təvəllüdlü Məmmədov Rövşən Malik oğludur. Onun yol polisi əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

***

22:29

Bakı-Qazax magistral avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində “BMW” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəza nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR